RU

Azərbaycan ədəbiyyatında Əkrəm Əylislidən sonra ən ciddi hadisə Elxan Elatlıdır

ain.az bildirir, Gununsesi portalına istinadən.

Azərbaycan ədəbiyyatında Əkrəm Əylislidən sonra ən ciddi hadisə Elxan Elatlıdır. 

Bircə kitabını da oxumamış insanların Elxan Elatlını yıxıb-sürüməsini heç cür anlamaq olmur. Əminəm ki, paxıllıqlarından tənqid edirlər. Elxan Elatlının şöhrətini gözləri götürmür.

Fakt budur ki, Elxan Elatlı Azərbaycanın ən populyar yazıçısıdır.

Yeganə yazıçıdır ki, yaş və sosial statusundan asılı olmayaraq hamı tərəfindən metroda, kafedə, parkda, bir sözlə, hər yerdə oxunur.

Tək-tük yazıçılardandır ki, bizim kimi facebookda avaralanmır, başını aşağı salıb kitabını yazır. Sensasiyalı çıxışları və statusları ilə yox, yazdığı kitablarla müzakirə olunur.

Hətta həbsxanalarda da birmənalı olaraq hamıdan cox oxunan yazıçıdır. Keçmiş məhbusların dediyinə görə, içəridə Dostoyevskidən çox Elxan Elatlını oxuyurlar.

Sizin xoşunuza gəlsə də, gəlməsə də, minlərlə, bəlkə on minlərlə insan Elxan Elatlının romanlarını oxuyaraq oxumaq vərdişi qazanıb.

Elxanla başlayıb Kamyu, Hamsun, Tolstoyla davam edən onlarla gənc tanıyıram.

Elxan Elatlı Aqata Kristidən zəif yazıçı deyil. Hətta mən deyərdim, ondan daha güclüdür. Real hadisələri bu qədər səlis, oxunaqlı və axıcı dillə ədəbiyyata çevirmək Elxan Elatlını çoxdan Azərbaycan sərhədlərindən çıxarıb dünya yazıçısı edib.

Qısacası, Elxan Elatlı bu ölkəni yerüstü sərvətidir. Bu sərvətin qədrini bilmək, onu dünyaya təbliğ etmək lazımdır.

P.S.Elxan Elatlının heç bir kitabını oxumamışam.

Ramazan Tağıyev

GUNUNSESI.INFO

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
12
icma.az

10Источники