
“İran İslam Respublikası ABŞ-İsrail hərbi əməliyyatından əvvəl malik olduğu raket potensialının təxminən yarısını istifadə edib”.
Bunu “Fox News”a verdiyi müsahibədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
"İndi onların raketlərinin yarısı qalıb", - Rubio deyib.
ABŞ dövlət katibi həmçinin Tehranın istehsal gücü və dəniz qüvvələrinin qalmadığını iddia edib.