RU

Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri ilə bağlı paylaşım edib

Bakı. Trend:

Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey BabişinAzərbaycana səfəri ilə əlaqədar X sosial şəbəkəsində paylaşım edib.

Trend xəbər verirki, paylaşımda deyilir:

"Təşəkkür edirəm, Baş nazir Andrey Babiş, Qəbələyə rəsmisəfərinizə və bu gün apardığımız məzmunlu müzakirələrə görə. Bu,ikiqat xoş haldır ki, bu sizin Aİ hüdudlarından kənara ilk rəsmisəfəriniz oldu.

Siyasi münasibətlərimiz güclüdür və bugünkü müzakirələrAzərbaycan–Çexiya əlaqələrinin daha da dərinləşdirilməsi ilə bağlıortaq öhdəliyimizi bir daha təsdiqlədi. Ticarət dövriyyəmiz artıqyüksək səviyyədə olsa da, iqtisadi əməkdaşlığımızın daha sistemliqurulması və şaxələndirilməsi üçün aydın potensial görürük.

Səfər çərçivəsində keçirilən və işgüzar dairələrimizinnümayəndələrini bir araya gətirən biznes-forumu bu istiqamətdəmühüm addımdır. Biz birgə qərara gəldik ki, hökumətlərarasıiqtisadi komissiyanın səviyyəsi yüksəldilsin ki, bu da xüsusiləenerji, sənaye və digər əsas sahələrdə daha səmərəli koordinasiyayatöhfə verəcək.

Biz müdafiə sənayesi sahəsində əməkdaşlığımıza da yüksək dəyərveririk və onun daha da inkişafı üçün yaxşı perspektivlərgörürük.

Çex Respublikasına səfər etmək barədə səmimi dəvətiniziməmnuniyyətlə qəbul edirəm və dostluğunuza, tərəfdaşlığınıza görəbir daha təşəkkür edirəm."

Избранный
38
4
az.trend.az

6Источники