RU

Deputatlar Əlcəzair nümayəndə heyəti ilə görüşüb » AzadMedia.az

Deputatlar


Milli Məclisin Əlcəzairlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılov və qrup üzvləri – deputatlar Müşfiq Cəfərov və Bəhruz Məhərrəmov ilə birlikdə “Əlcəzair–Azərbaycan” parlamentlərarası dostluq qrupunun rəhbəri Əbdülbasit Qərbi ilə görüş baş tutub.

Görüşdə Azərbaycan ilə Əlcəzair arasında parlamentlərarası əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər həmçinin iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, parlamentlərarası təcrübə mübadiləsinin artırılması və gələcək birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Избранный
78
1
azadmedia.az

2Источники