RU

UEFA “Şaxtyor”a sanksiya verdi

UEFA “Şaxtyor”a sanksiya verib. Qitə futbol qurumu Ukrayna klubunu Konfrans Liqasının (KL) 1/4 final mərhələsinin “Alkmaar”la cavab matçında baş verən hadisələrə görə cərimələyib.

UEFA-nın saytının məlumatına görə, cəzaya “Alkmaar”ın futbolçusu İsak Jensenə qarşı kobud və intizamsız davranışların sərgilənməsi səbəb olub. Donetsk klubu matç zamanı bəzi oyunçuların düzgün olmayan hərəkətlərinə görə 20 min avro, həmçinin ağır zədələrlə bağlı prosedura və tibbi qaydaların tələblərinə əməl etmədiyinə görə əlavə 10 min avro cərimələnib. Ukraynalıların baş məşqçisi Arda Turan da cəzalandırılıb. Türkiyəli mütəxəssis prosedurları pozduğu üçün 20 min avro ödəməlidi.

Xatırladaq ki, ilk oyunda 3:0 hesabıyla qalib gələn “Şaxtyor” KL-in yarımfinalına vəsiqə qazanıb. Turanın komandası bu mərhələdə “Kristal Pelas” ilə qarşılaşacaq.

Избранный
26
football-plus.az

1Источники