RU

Merzdən şok açıqlama: Ukrayna ərazi güzəşti edə bilər

Ukrayna gələcəkdə Rusiya ilə mümkün sülh sazişi çərçivəsində ərazi güzəştlərinə getmək məcburiyyətində qala bilər.

Musavat.com xəbər verir ki, bu barədə Almaniya siyasətçisi Fridrix Merz açıqlama verib.

Onun sözlərinə görə, belə bir qərar yalnız cəmiyyətin geniş dəstəyi ilə – hətta referendum yolu ilə qəbul edilə bilər. Merz bildirib ki, bu addım Ukrayna üçün Avropaya inteqrasiya yolunu açan strateji seçim kimi təqdim olunmalıdır.

Eyni zamanda siyasətçi xəbərdarlıq edib ki, Ukraynanın Aİ-yə sürətli üzvlüyü real deyil. Onun fikrincə, ölkə müharibə davam etdiyi müddətdə birliyə qəbul edilə bilməz və ciddi şərtləri yerinə yetirməlidir. Bu şərtlərə hüququn aliliyi, korrupsiyaya qarşı mübarizə və institusional islahatlar daxildir.

Merz keçid mərhələsi kimi Ukraynaya Aİ institutlarında müşahidəçi statusu verilməsini təklif edib. Bu addımın həm siyasi inteqrasiyanı sürətləndirəcəyi, həm də gələcək üzvlük üçün zəmin yaradacağı vurğulanıb.

Musavat.com

Избранный
26
musavat.com

1Источники