RU

Efir qadağası olan müğənnilər məclislərdən də kənarlaşdırılır? AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Efir qadağası qoyulan müğənnilərin ailəvi restoranlarda çıxış etməsi cəmiyyətdə ciddi narahatlıq və müzakirələrə yol açıb. Qeyri-etik hərəkətləri ilə tanınan bəzi sənətçilərin uşaqların və ailələrin çoxluq təşkil etdiyi məkanlara dəvət olunması kəskin tənqid olunur.Məsələ ilə bağlı sosioloq Hüseyn İbrahimov Demokrat.az-a bildirib ki, şou sahəsində olan insanlar, eləcə də müxtəlif şadlıq evləri və toy mərasimlərində çıxış edən tanınmış və tanınmayan müğənnilər insanların həyatına, davranışına və psixoloji vəziyyətinə həm müsbət, həm də mənfi təsir göstərə bilirlər:"Yəni bu təsir təkcə mənfi amillərlə məhdudlaşmır, müsbət istiqamət verən sənətkarlarımız da kifayət qədərdir. Lakin bəzi müğənnilər var ki, onların ifaları və ümumi davranış tərzi müəyyən mənada qadağan xarakteri daşımır, amma senzura deyil, daha çox özünü təqdimetmə və davranış mədəniyyəti baxımından suallar doğurur. Bu tip şəxslər əsasən özlərini populyarlaşdırmaq məqsədilə ailəvi restoranlarda, müxtəlif tədbirlərdə və ziyafətlərdə çıxış edirlər".O bildirib ki, uşaqlar bu cür, dırnaq arası fiqurların təsirinə düşə bilər və onların tərbiyəvi təsirindən müəyyən stereotiplər formalaşa bilər:"Bu stereotiplər çox zaman mənfi istiqamətdə olur və yalnız uşaqlara deyil, orta yaşlı insanlara da təsir göstərə bilir.

Xüsusilə uşaqlar valideynlərinin bu cür bayağı sənətkarlara maraq göstərdiyini və ya onların tədbirlərinə qatıldığını gördükdə, bu davranışı normal qəbul edə bilirlər. Nəticədə bu stereotiplər onların davranışına sirayət edir və gələcək dünyagörüşünün formalaşmasına təsir göstərir.Bu baxımdan həm valideynlər, həm də həmin restoran və məkanların sahibkarları məsuliyyət daşıyırlar. Çünki ümumilikdə kütləvi yerlərdə təqdim olunan musiqi və səhnə nümunələri müəyyən mənada müsbət dəyərləri təşviq etməlidir",- deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
demokrat.az

1Источники