RU

“Neftçi”nin Qarabağ la oyunda 5 qol buraxmasının günahı kimdədir?

ain.az, Olke.az saytına istinadən bildirir.

"Neftçi"nin böyükhesablı məğlubiyyətini baş məşqçi Yuri Vernidubun ayağına yazmaq istəyirəm. Təbii, "Zirə" ilə oyunda hakim səhvi öz yerində, amma həmin matçda itirilən xalların bilavasitə səbəbkarı Veridubun oyuna etdiyi dəyişikliklər oldu. Hər nə qədər biz desək də, biz Veridub qədər dərinliyini bilmirik – nə komandanın, nə də futbolun. O, baş məşqçidir və özünü sübut edən mütəxəssisdir. Amma "Zirə"nin bu oyunda etdiyi dəyişikliklər, xüsusilə Fredi Varqasın oyundan alınması, Vinsent Abubakarın oyuna salınması oyuna nə qədər ciddi təsir etdisə, "Qarabağ"la qarşılaşmaya da Yuri Vernidubun yanaşması da intihara bənzəyirdi. 

Ölkə.Az xəbər verir ki, bu sözləri futbol şərhçisi Musataf Kamal bildirib.

O bidlrib ki, oiunun ilk 10 dəqiqəsində gözəxoş, baxımlı, sürətli oyun oynayan "Neftçi" göründü "Qarabağ" qarşısında: "Amma faktiki olaraq bu "Neftçi"nin gücü Valdas Dambrauskasın qurduğu "Sabah" komandasının gücünə tən deyil. "Neftçi" güc baxımından əksər komponentlərdə "Sabah"dan geri qalır. Sən "Sabah" qədər hazırlıqlı deyilsən ki, "Qarabağ"a qarşı açıq oyun oynayıb, bu oyundan uğurlu nəticə əldə edəsən. "Sabah" bu mövsüm "Qarabağ"a qarşı oyunlarda daim diktə etməyə çalışır. Çox nadir hallarda topu rəqibə verir. Deməli, bunun üçün o komandanın gücü yetərlidir".

Şərhçinin sözlərinə görə, "Neftçi"nin heyəti "Qarabağ"la müqayisədə açıq oyuna imkan vermir: "Amma "Nefçi" ilk 10 dəqiqədə açıq oynadı, hücum etdi, "Qarabağ"ı topsuz qoydu. Axırı nə oldu? "Qarabağ"a qarşı sənin heyətin buna cavab vermir. Müdafiədə buraxılan 5 qolun 4-də İqor Ribeyro açıq-aşkar səhvlər etdi. Ribeyro müdafiədə bəzən varlığı ilə yoxluğu hiss olunmur. Yuri Matiasdır elə bil - getməyib, qalıb.

Xatırladaq ki, "Qarabağ" Premyer Liqada "Neftçi"ni 5:1 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin qollarını 9 və 32-ci dəqiqələrdə Musa Qurbanlı, 38-ci dəqiqədə Joni Montiel, 68-ci dəqiqədə Leandro Andrade, 90+3-cü dəqiqədə Emmanuel Addai vurub.

Meydan sahiblərindən isə 21-ci dəqiqədə Elvin Bədəlov adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 59-a çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. "Ağ-qaralar" 44 xalla beşinci sıradadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
1
olke.az

2Источники