RU

"Liv Bona Dea Arena"da təbii ot örtüyünün yenilənməsi üçün renovasiya işləri başlayıb

"Liv Bona Dea Arena"da təbii ot örtüyünün yenilənməsi məqsədilə genişmiqyaslı renovasiya işlərinə başlanılıb.

Bu barədə "Report"a AFFA-dan məlumat verilib.

Aparılan işlər UEFA-nın "Hat-Trick" layihəsi çərçivəsində həyata keçirilir və stadionun infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir.

Layihə çərçivəsində meydanın keyfiyyətinin artırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və oyun şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.

Избранный
45
8
far.az

9Источники