RU

I Liqada final və üçüncü yer uğrunda oyunun vaxtı bəlli oldu

Futzal üzrə Azərbaycan I Liqasında 3-cü yer və final oyununun tarixi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat yayıb.

Mövsümə mayın 7-də yekun vurulacaq. Həmin gün, saat 18:30-da "Olimpik Star"da "Baku Fire-2" və "Xan Lənkəran" komandaları üçüncü yer uğrunda görüşə çıxacaqlar.

Saat 20:00-da isə PFL və "Star kargo" final matçında münasibətlərə aydınlıq gətirəcəklər.

Избранный
88
2
fanat.az

6Источники