“Liv Bona Dea Arena”da təbii ot örtüyünün yenilənməsi məqsədilə genişmiqyaslı renovasiya işlərinə start verilib. Aparılan işlər UEFA-nın “Hat-Trick” layihəsi çərçivəsində həyata keçirilir və stadionun infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir. Layihə çərçivəsində meydanın keyfiyyətinin artırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və oyun şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта