Lerik rayonunda yük maşını dərəyə aşıb.
Moderator.az xəbər verir ki, hadisə Lerik rayonunun Nəsodi kəndi ərazisində qeydə alınıb.
Belə ki, Astara rayonunun Motlayataq kənd sakini, 1999-cu il təvəllüdlü Həmzə Pənah oğlu Mirseyidzadə idarə etdiyi QAZ-66 markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.
Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.
Faktla bağlı araşdırma aparılır.