“Dövlət İmtahan Mərkəzi xarici dillərin qiymətləndirilməsi istiqamətində son illər modelin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görüb”.
Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva deyib.
Onun sözlərinə görə, bu işlər arasında imtahan materiallarının və məzmununun CEFR-in səviyyələrinə uyğunlaşdırılması əsas hədəfdir:
"Belə ki, biz CEFR-in səviyyələrinə uyğun olaraq 9 illik səviyyədə A2 səviyyəsində, 11 illik səviyyədə isə B1 səviyyəsində imtahanların məzmununun uyğunlaşdırılmasını əsas prioritet istiqamətlərdən biri kimi görürük”.
Aytəkin TOFİQQIZI