RU

Universiteti xarici dildə oxumaq istəyənlərin NƏZƏRİNƏ: Dəyişiklik olacaq

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İngilisdilli fakültələrə qəbul qaydalarında gələcəkdə müəyyən dəyişikliklərin mümkünlüyü istisna edilmir.

Milli.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, hazırda birinci il üzrə ingilisdilli fakültələrə qəbul qaydalarında esse ilə bağlı dəyişiklik nəzərdə tutulmur.

Bildirib ki, mövcud qəbul qaydaları qüvvədə qalıb, lakin ali təhsil müəssisələrinin xüsusi tələblərlə çıxış etməsi mümkündür:

"Bəzi universitetlər ingilisdilli fakültələrə qəbul olunan tələbələrin dil hazırlığından narazılıq ifadə edir. Buraxılış imtahanında 40 bal toplayan bəzi abituriyentlərin mətn anlama və oxu bacarıqları zəif olur və bu, ali məktəblərdə narahatlıq yaradır. Bu səbəbdən xüsusilə jurnalistika kimi ingilis dilində tədris aparılan bəzi ixtisaslarda qəbul qaydalarına fərqli yanaşmalar tətbiq oluna bilər". 

Mina Mikayılova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
36
1
news.milli.az

2Источники