RU

Gürcüstanda fəal soydaşlarımızın uğurlarından bıhs edən bədii sənədli filmi çəkilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tbilisi, 27 aprel, AZƏRTAC

Gürcüstanda yaşayan soydaşlarımızın uğur hekayələrini əks etdirən “Novella II” bədii-sənədli filminin çəkilişləri yekunlaşıb. Hazırda filmin təqdimatına hazırlıq işləri aparılır.

Layihə rəhbəri İlkin Hüseynov AZƏRTAC-a açıqlamasında bildirib ki, təxminən 40 dəqiqəlik ekran işi paytaxt Tbilisi ilə yanaşı Marneuli, Qardabani və Telavi bələdiyyələrində lentə alınıb.

Filmdə hüquq, tibb, sosial və idman sahələrində fəaliyyət göstərən azərbaycanlı gənclərin həyat hekayələri təqdim olunur. Layihənin əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlı icmasının uğurlarını, qarşılaşdıqları çətinlikləri və əldə etdikləri nailiyyətləri tamaşaçılara təsirli və motivasiyaedici formada çatdırmaqdır.

Bədii-sənədli film iş adamlarının dəstəyi ilə Aktual Media tərəfindən istehsal olunub və hazırda son montaj mərhələsindədir. Layihə eyni zamanda gənc nəsildə təhsilə marağın artırılmasını və uğurlu azərbaycanlıların gürcü cəmiyyətinə daha yaxından tanıdılmasını hədəfləyir.

Qeyd edək ki, layihənin ilk hissəsi – “Novella I” 2025-ci ildə yayımlanaraq geniş ictimai marağa səbəb olmuşdu. Yeni ekran işinin də həm yerli, həm də beynəlxalq film festivallarında nümayiş etdirilməsi planlaşdırılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
2
azertag.az

3Источники