RU

"WUF 13 çərçivəsində media üçün geniş imkanlar yaradılacaq"

"Azərbaycan bir çox beynəlxalq tədbirlərə, o cümlədən COP29 kimi mühüm tədbirə ev sahibliyi edib. Bu, ölkənin yüksək təşkilatçılıq qabiliyyətinin əyani sübutudur.Biz eyni nəticənin WUF13 çərçivəsində olacağına da inanırıq".Mətbuat.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində media nümayəndələri üçün keçirilən məlumatlandırma sessiyasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kommunikasiya Direktoru Katerina Bezqaçina çıxış edən zaman deyib. O forumun əhəmiyyəti, qlobal çağırışlar və medianın rolu barədə geniş fikirlərini bölüşüb. “Media nümayəndələrinə göstərdikləri dəstəyə görə səmimi təşəkkürümü bildirirəm. Bu tədbirə ev sahibliyi edən universitetə və təşkilatçılara, xüsusilə Media İnkişafı Agentliyinə minnətdaram. Media ilə əməkdaşlıq bizim üçün son dərəcə vacibdir. Burada iştirak edən medianın yüksək peşəkarlığı isə xüsusi olaraq sevindirici haldır".

Katerina Bezqaçina qeyd edib ki, "World Urban Forum"un başlanmasına cəmi 20 gün qalır və bu forum çərçivəsində media üçün geniş imkanlar yaradılacaq. Bununla yanaşı, "Urban Week" çərçivəsində müxtəlif tədbirlər və festivallar da təşkil olunacaq".

Избранный
36
1
metbuat.az

2Источники