RU

Merkel iki ildə saç kəsimi üçün dövlət büdcəsindən 65 000 avro xərcləyib – Statistika


Almaniyanın keçmiş kansleri Angela Merkel bərbərlik və makiyaj xidmətlərinə dövlət büdcəsindən təxminən 65 000 avro xərcləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniya Bundestaqının mətbuat xidməti məlumat yayıb.
Almaniya hökumətinin Almaniya üçün Alternativ (AfD) parlament fraksiyasının sorğusuna verdiyi rəsmi cavaba görə, 1 iyul 2024-cü ildən 31 mart 2026-cı ilə qədər Merkelin bərbərlik və makiyaj xidmətlərinə çəkdiyi xərclər 64 677 avro təşkil edib.
Bundan əlavə, eyni dövrdə Merkel doqquz səfər edib və dövlət büdcəsindən 10 000 avrodan çox xərcləyib.
Almaniyanın keçmiş kansleri Olaf Şolts da öz növbəsində dörd səfər edib və 6000 avrodan çox xərcləyib.
Избранный
42
3
yeniavaz.com

4Источники