RU

Dövlət qurumları arasında IV minifutbol turnirinin finalçıları məlum olub

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin finalçıları məlum olub. 

“İki sahil” xəbər verir ki, aprelin 26-da keçirilən ilk yarımfinal oyununda “Azərişıq” ASC Ədliyyə Nazirliyinə 1:0 hesabı ilə qalib gəlib. Digər yarımfinal görüşündə isə SOCAR Baş Prokurorluq komandasını 2:0 hesabı ilə məğlub edib.

Turnirə mayın 7-də Bakı Tennis Akademiyasında yekun vurulacaq. Finalda “Azərişıq” ASC ilə SOCAR komandaları qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyunda isə Ədliyyə Nazirliyi və Baş Prokurorluq üz-üzə gələcəklər.

Избранный
18
4
ikisahil.az

5Источники