RU

Aynişanın arxiv fotosunu paylaşıb bunları yazdı

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

"Elə bilirsən ki, qarşıda sonsuz zaman var. Amma bir göz qırpımında illər ötür, dönüb baxanda görürsən ki, ömür çox uzaqlarda qalıb. Çata bilməyəcəyin bir keçmişə kənardan baxıb deyirsən: o mənim yaşadıqlarımdır, dünyamdır, sabaha baxışlarımdır".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova yazıb. Bloger qızı Aynişan Quliyevanın arxiv görüntüsünü paylaşan müğənni bunları əlavə edib:

"Bəzən insanın ağlına gəlməyən hadisələr başına gəlir. Amma bütün bunların içində ilahi bir işıq doğur. Hər kəsin özünəməxsus işığı var. Mənim işığım isə sənsən, qızım. Səni gördüyüm gündən bu günə qədər sən mənim dünyama nur oldun. Sən işıq saçdığın hər yerdə həyat mənim üçün aydın, parlaq və şəffaf bir yol oldu. Mən də o yolu rahat keçdim. Bir körpənin balaca əllərində, saf gözlərində, təmiz ruhunda insan sanki yenidən doğulur. Mən səni ürəyimdə bəslədikcə anladım ki, mənim dünyam sənsən. Səndən başqa dünya yoxdur mənə. Dünya da sənsən, sevinc də sənsən, nəfəs də sənsən. Mənim balam. Sənin hər şəklin qarşıma çıxanda məni yenidən körpələşdirirsən, gəncləşdirirsən. İllər mənə asan başa gəlmədi, amma sən hər dəfə mənə həyatın ən gözəl tərəfini xatırlatdın. Kaş ki, mən də sənin kimi çiçəklərin, gülüşlərin içində böyüyən bir körpə dünyanın içində qala bilərdim.

Dünya qəribədir… Nə qədər yaşasan da, yenə doymursan. Həmişə daha gözəl işlər görmək, izlər buraxmaq istəyirsən. Mənim ən böyük arzum budur: bütün körpələr xoşbəxt böyüsün. Heç bir körpə atasız-anasiz qalmasın. Heç bir körpə ailəsiz, nəvazişsiz, sevgisiz qalmasın.

Çünki bütün körpələrin sevilməyə haqqı var".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
axsam.az

2Источники