RU

“Qarabağ" derbidə “Neftçi”yə göz verdi, işıq vermədi - VİDEO

Azərbaycan Premyer Liqasının XXIX turunda "Neftçi" "Qarabağ"ı qəbul edib.

Sportinfo.az xəbər verir ki, derbidə sevinən Ağdam təmsilçisi olub - 5:1.

Matçın 9-cu dəqiqəsində hesabı qonaqların futbolçusu Musa Qurbanlı açıb. 21-ci dəqiqədə Elvin Bədəlov hesabı bərabərləşdirsə də, 32-ci dəqiqədə Musa Qurbanlı yenidən komandasını önə çıxarıb.

Qonaqların digər qollarını Joni Montiel, Leandro Andrade və Emmanuel Addai vurub.

Belədə, qonaqlar turnir cədvəlində 59 xalla 2-ci pillədəki mövqeyini möhkəmləndirib. "Ağ-qaralar" isə 44 xalla 5-ci pillədə qərarlaşıb.

“Neftçi” - “Qarabağ” 1:5

Избранный
36
sportinfo.az

1Источники