RU

Nə görsələr 5 ay yadlarında qalır — Səsləri də seçə bilirlərmiş

Qızıl balıqların yaddaşı ilə bağlı illərdir doğru bildiyimiz məlumatın əslində mif olduğu üzə çıxıb. Aparılan son elmi araşdırmalar bu canlıların intellektual imkanlarının təxmin ediləndən qat-qat yüksək olduğunu süman edir.

Alimlər müəyyən ediblər ki, bu balıqlar hadisələri cəmi bir neçə saniyə deyil, ən azı beş ay boyunca yaddaşlarında saxlaya bilirlər. Təcrübələr zamanı balıqların müəyyən səs siqnallarına reaksiya verdiyi və həmin səsi eşidəndə yemək veriləcəyi məkana vaxtında toplandığı müşahidə edilib.

Tədqiqatçılar bu kiçik su sakinlərin rəngləri və formaları bir-birindən ayırmaq bacarığını da xüsusi qeyd edirlər. Bu kəşf qızıl balıqların ətraf mühitə uyğunlaşma qabiliyyətinin kifayət qədər inkişaf etdiyini göstərir. Beləliklə, onların "üç saniyəlik yaddaş" sahibi olması barədə iddialar artıq rəsmi şəkildə təkzib olunur.//Demokrat.az

Избранный
33
1
musavat.com

2Источники