RU

İran savaşı: ABŞ ın müdafiə sistemi yarıldı!

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Uzun illərdən bəri ilk dəfədir ki, İranın F-5 qırıcısı Küveytdəki "Camp Buehring" bazasına hava zərbəsi endirməklə ABŞ-ın hava hücumundan müdafiə sistemini yarıb

Axar.az xəbər verir ki, bu barədə "Militarnı" məlumat yayıb.

Məlumata görə, obyekt hava hücumundan müdafiə sistemləri ilə qorunurdu, lakin iranlı pilot hava hücumundan müdafiə sistemini yara bilib:

"İranın zərbələri nəticəsində Fars körfəzi regionunda Amerikanın digər hərbi bazalarına və hərbi texnikasına böyük ziyan dəyib. Bununla belə, zərər Pentaqonun açıqladığından qat-qat ciddidir.

Bərpa milyardlarla dollara başa gələcək.

İran Fars körfəzinin 7 ölkəsindəki 11 bazada 100-dən çox hədəfi vurub. Hücumlar Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İordaniya, Küveyt, İraq və Səudiyyə Ərəbistanındakı Amerika və ev sahibi ölkənin bazalarını hədəf alıb.

Zərbələr anbarlara, komanda qərargahlarına, təyyarə anqarlarına, peyk rabitəsi infrastrukturuna, uçuş-enmə zolaqlarına, yüksək texnologiyalı radar sistemlərinə və onlarla təyyarəyə ziyan vurub. Analitiklərin hesablamalarına görə, təkcə infrastrukturun təmiri 5 milyard dollardan çox başa gələcək".

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Sözügedən hücum martın 31-də baş verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
106
axar.az

1Источники