RU

Baykar yeni kamikadze dronlarını avtonom sürü rejimində sınaqdan keçirib

K2 və “Sivrisinek” platformaları GPS-dən istifadə etmədən süni intellekt əsaslı naviqasiya ilə hərəkət edib…

Poliqon xəbər verir ki, Türkiyənin müdafiə sənayesi nəhəngi Baykar yeni pilotsuz platformalarının sınaqlarını keçirib. Sınaqlar zamanı K2 kamikadze dronu və “Sivrisinek” baraj edən döyüş sursatı avtonom sürü tərkibində fəaliyyət göstərib.

Məlumata görə, testlərdə dron qrupu vahid sistem kimi işləyib. Platformalar GPS siqnalına əsaslanmadan süni intellekt dəstəkli naviqasiya imkanlarından istifadə edib.

Sınaqlar zamanı pilotsuz sistemlər “Turan” adlı sıra düzülüşündə hərəkət edərək koordinasiyalı əməliyyat qabiliyyətini nümayiş etdirib. Bu, Baykarın avtonom sürü texnologiyaları və yeni nəsil pilotsuz döyüş sistemləri istiqamətində imkanlarını genişləndirdiyini göstərir.

Poliqon.info

Избранный
82
poliqon.info

1Источники