ain.az, 525.az saytına istinadən bildirir.
Dünəndən etibarən Malinin paytaxtı Bamakoda komendant saatı tətbiq edilməyə başlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin qubernatoru Abdulaye Kulibali əmr imzalayıb.
Əmrə əsasən 3 gün ərzində Bamako və şəhər ətrafı yaşayış məntəqələrində 21.00-dan 06.00-a kimi komendant saatı olacaq. Buna səbəb şəhərdə asayişi bərpa etməkdir. Komendant saatının müddətinin uzadılması ehtimalı böyükdür.
Qeyd edək ki, srağagün səhər başda Bamako olmaqla ölkənin bir neçə yerində 2 fərqli terror təşkilatının üzvləri birlikdə hökümət qüvvələrinə hücum ediblər. Hücumlar axşama doğru ordu tərəfindən dəf edilib.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.