RU

Trampdan təklif: İran istəsə, zəng edib danışa bilər

ABŞ prezidenti Donald Tramp İranla danışıqların davam etdirilməsi üçün yeni formatın mümkünlüyünü açıqlayıb.

Musavat.com xəbər verir ki, o, Fox News kanalına müsahibəsində bildirib ki, tərəflər istənilən vaxt telefon vasitəsilə əlaqə saxlaya bilərlər.

Trampın sözlərinə görə, Vaşinqton bu məsələdə çevik mövqe tutur: “Əgər danışmaq istəyirlərsə, bizə gələ bilərlər və ya zəng edə bilərlər. Telefon var, bizim əla qorunan rabitə kanallarımız mövcuddur”.

ABŞ prezidenti eyni zamanda Çinin mövqeyinə də toxunub. O qeyd edib ki, Pekin Tehrana müəyyən dəstək verə bilər, lakin bu yardımın miqyası daha böyük ola bilərdi. Tramp bildirib: “Mən həddindən artıq məyus deyiləm. Düşünürəm ki, Çin daha pis davranış sərgiləyə bilərdi”.

Musavat.com

Избранный
67
musavat.com

1Источники