Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 27-də Moskvaya səfər edəcək.Bizim.Media xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.Onun sözlərinə görə, səfər çərçivəsində Əraqçi Rusiya rəhbərliyi ilə danışıqlar aparacaq.Cəlali bildirib ki, İran xarici işlər naziri Moskvada Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcək.
Görüşün əsas mövzusunun İranla ABŞ arasında aparılan danışıqların hazırkı vəziyyəti olacağı bildirilir.
Tərəflərin həmçinin bu istiqamətdə mümkün birgə təşəbbüsləri müzakirə edəcəyi gözlənilir.Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.