Sui-qəsdçinin hücumdan dəqiqələr öncə ailəsinə təhvil verdiyi manifestdə şübhəlinin əməliyyat planı açıqlanıb...
Poliqon xəbər verir ki, CNN-in mənbələrə istinadən yaydığı məlumata görə, Trampla keçirilən naharda atəş açan şübhəli öz manifestində özünü “mehriban federal qatil” adlandırıb.
Hücumdan bir neçə dəqiqə əvvəl ailə üzvlərinə təqdim etdiyi bu sənəddə şəxs açıq şəkildə bildirib ki, onun hədəfi administrasiya məmurlarına zərər vurmaqdır. Eyni zamanda, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etmək niyyətində olmadığını vurğulayıb.
İstintaq orqanları həmçinin atıcının hücum ərəfəsində çəkdiyi video və səs yazılarını əldə edib. Bu materiallar şübhəlinin açıq şəkildə Tramp əleyhinə ideologiyaya sahib olduğunu və administrasiya məmurlarına qarşı təhdidedici ritorika işlətdiyini göstərir.
Hadisə ABŞ-da geniş rezonans doğurub, federal səviyyədə istintaq aparılır. Şübhəlinin motivi və əlaqələri araşdırılmağa davam edir.
Poliqon.info