Ajans.az xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "Hyundai", "Mercedes " və "VAZ 2104" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.