RU

Ukraynada anomal hava şəraiti nəticəsində ölənlər var

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kiyev, 26 aprel, AZƏRTAC

Ukraynada qeyri-sabit hava şəraiti səbəbindən iki nəfər ölüb, biri uşaq olmaqla iki nəfər yaralanıb. Xilasedicilər 13 bölgədə nəticələrin aradan qaldırılması ilə məşğuldurlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat verib. Məlumata görə, ağacların aşması nəticəsində Çerkası və Zaporojyedə iki nəfər ölüb. Bundan əlavə, Poltavada bir uşaq ağacdan xəsarət alıb.

Bir çox yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

“Ağacların kəsilməsi və bərpa işləri üçün 176 missiya həyata keçirilib. 647 xilasedici və 150 texnika cəlb olunub”, - deyə məlumatda bildirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
3
azertag.az

4Источники