RU

SEPAH Hörmüz boğazında İsraillə əlaqəli iki gəmini saxlayıb

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki gəmini saxlayıb.Bu barədə İRNA məlumat yayıb.

Qeyd olunub ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri boğazda monitorinq sistemlərindən istifadə edərək qaydaları pozan İsraillə əlaqəli "MSC Francesca" və "Epaminondas" gəmilərini müəyyən edərək saxlayıb.

İran tərəfinin məlumatına görə, onlar boğazdan icazəsiz gizlicə keçməyə cəhd göstərib, naviqasiya avadanlıqlarını qəsdən sıradan çıxarıb və dəfələrlə qayda pozuntularına yol veriblər.

Aprelin 24-də "Tasnim" agentliyi Liberiya bayrağı altında üzən Epaminondas konteyner gəmisinin saxlanılması barədə məlumat yayıb.

Избранный
5
4
anews.az

5Источники