"Abşeron Lions" Azərbaycan Basketbol Liqasında (ABL) finala yüksəlib.
Fanat.Az xəbər verir ki, sözügedən komanda istəyinə yarımfinal mərhələsinin ikinci oyununda "Neftçi"ni yenərək çatıb.
Bakı İdman Sarayındakı qarşılaşma 90:81 hesabı ilə yekunlaşıb.
Tərəflərin ilk dueli "Abşeron Lions"un 95:89 hesablı qələbəsi ilə başa çatmışdı.
"Abşeron Lions" finalda "Sabah"a rəqib olub.