RU

Altıncı “Yüksəliş” müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı olub

Bakı. Trend:

Altıncı “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinə ümumibiliklər üzrə sınaq imtahanı ilə start verilib.

Trend xəbər verir ki, sınaqimtahanının keçirilməsində əsas məqsəd iştirakçıların imtahansistemi, sual formatları və texniki proseslə əvvəlcədən tanışolmalarına şərait yaratmaq olub.

İmtahan “Azərbaycan bloku”, “Dünya bloku”, “İdarəetməninəsasları” və “Müasir trendlər” istiqamətləri üzrə təşkil edilib.Hər blok üzrə iştirakçılara 25 sual təqdim olunub. İmtahan saat11:00-da başlayıb və 90 dəqiqə davam edib. Sınaq imtahanına 6747nəfər iştirakçı qoşulub.

Sınaq imtahanına qoşula bilməyən iştirakçıların diqqətinəçatdırılıb ki, imtahan başa çatdıqdan sonra 24 saat ərzində şəxsikabinet vasitəsilə imtahan platformasına keçid edərək suallarlatanış olmaları tövsiyə edilir.

Qeyd edək ki, ümumi biliklər üzrə əsas imtahan mayın 2–3-dəkeçiriləcək. Əsas imtahanda minimum 60 bal toplayan iştirakçılarmüsabiqənin növbəti mərhələsində iştirak etmək hüququqazanacaqlar.

Ötən illərdən fərqli olaraq, bu il onlayn mərhələnin ümumibiliklər imtahanında bir sıra yeniliklər tətbiq edilib. Belə ki,hər blok üzrə təqdim olunan 25 sualın 15-i qapalı, 10-u isə açıqtipli suallardan ibarətdir. Açıq tipli sualların 6-sı seçim, 4-üisə boşluq doldurma formatındadır. Qapalı suallar arasında audioformatında təqdim olunan suallar da yer alıb. Bundan əlavə, imtahanzamanı bloklarda suallar ardıcıl şəkildə cavablandırılır və bloklardaxilində əvvəlki suallara geri qayıtmaq mümkün olmur. Bu səbəbdəniştirakçıların hər sualı diqqətlə oxuyaraq cavablandırmalarıvacibdir.

İmtahan günü iştirakçıların texniki suallarının operativcavablandırılması məqsədilə “Yüksəliş” müsabiqəsi üzrə “1820” ÇağrıMərkəzi, sosial şəbəkə hesabları və [email protected] elektron poçtünvanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Eynizamanda, həm ölkədaxili, həm də ölkəxarici müraciətlərə operativqaydada baxılaraq cavablandırılıb.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin imzaladığıSərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindənbirillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manatməbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlıPrezident İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanıb.

Избранный
43
8
az.trend.az

9Источники