Kür çayının Zərdab rayonundan keçən hissəsində suyun səviyyəsində azalma müşahidə edilir. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, çayda suyun səviyyəsi 150 santimetr aşağı düşüb.
Bu barədə AzTV-nin videomaterialında bildirilib.
Sakinlərin sözlərinə görə, bu hal onlar üçün sevindirici olub. Belə ki, Kürün səviyyəsinin qalxması sakinlərin ev və əmlaklarını ciddi təhlükə altına almışdı.
Tarix: 26 Aprel 2026, 12:13