Milli komandamızın üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” Albaniya çempionatında növbəti oyuna çıxıb.
Fanat.Az xəbər verir ku, sözügedən kollektiv 33-cü turda səfərdə “Tirana” ilə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal oyuna start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib. O, oyundan çıxdıqdan sonra “Tirana” qələbə qolunu vurub.
“Partizani” 33 turdan sonra 45 xalla 5-ci sıradadır.