RU

Liverpul mərakeşli üçün 60 milyon avro ödəməyə hazırdır

Sportal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Liverpul” “Betis”in yarımmüdafiəçisi Abdessamad Ezzalzuli ilə maraqlanır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, İngiltərə klubu 24 yaşlı mərakeşli futbolçunu 60 milyon avroya transfer etməyə hazır olduğu bildirilir.

Mersisayd təmsilçisinin skautları bir neçə həftədir ki, yarımmüdafiəçinin La Liqadakı performansını yaxından izləyir.

İspaniya klubu əvvəllər ulduz oyunçusu üçün 40 milyon avroluq təklifi rədd etmişdi. Mərakeş millisinin üzvünün “Betis”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Herkules”, “Barselona”, “Osasuna” klublarında oynayıb.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
3
sportal.az

4Источники