RU

Zelenskinin səfəri Bakı ilə Kiyev arasında yeni əməkdaşlıq imkanlarına yol açacaq

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Azərbaycanın beynəlxalq münasibətlər sistemi, geosiyasi kontekstdə artan nüfuzu, təsir gücü Bakıya olan marağı artırır. Son günlərdə bir sıra ölkələrin dövlət və hökumət başçılarının ölkəmizə baş tutan rəsmi və işgüzar səfərləri fonunda bunu aydın görmək mümkündür. Elə Ukrayna prezidenti Volodimir Zelenskinin ötən gün Azərbaycana həyata keçirilən işgüzar səfəri də məhz həmin maraqlardan irəli gəlir”.Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Ukrayna prezidentinin ölkəmizə səfərini şərh edərkən səsləndirib. Millət vəkili Ukrayna ilə Azərbaycan arasında çoxtərəfli əməkdaşlığın mövcud olduğunu deyərək diqqətə çatdırıb ki, bu əməkdaşlıq 2008 və 2011-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair sənədlərə əsaslanır:“Ərazi bütövlüyünə dəstəkdən tutmuş, siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əlaqələrə qədər geniş bir spektri əhatə edən Azərbaycan-Ukrayna münasibətlərinin daha da irəli aparılması üçün hər iki tərəf siyasi iradə nümayiş etdirir. Bunun üçün müəyyən potensial da mövcuddur. Düzdür, Rusiya-Ukrayna müharibəsi müəyyən mənada Kiyevin Bakı ilə əlaqələrinə təsirsiz ötüşməyib. Bu, xüsusilə iqtisadi sferaya öz təsirini göstərib. İki ölkə arasında ticarət dövriyyəsinin hələ də aşağı səviyyədə olması bunun təzahürüdür. Hesab edirəm ki, bu səfər iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açacaqş Xüsusilə, kənd təsərrüfatı məhsullarının ixracı və idxalı, logistika, nəqliyyat dəhlizləri, tikinti, yenidənqurma, bərpa layihələri çərçivəsində geniş spektrli əlaqələr mümkündür”.İlham Məmmədov qeyd edib ki, Ukrayna ilə əlaqələrdə enerji sahəsində əməkdaşlıq xüsusi yer tutur:“Elə ukraynalı həmkarı ilə mətbuata verdiyi açıqlamada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bu məqama xüsusi diqqət çəkdi. Dövlət başçısı SOCAR-ın Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərdiyini, eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr olduğunu bildirdi. Təsadüfi deyil ki, Cənab İlham Əliyev də ticarət dövriyyəsinin mövcud vəziyyətindən razı olmadığını ifadə etdi və bildirdi ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. “Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var”,-deyə dövlət başçısı vurğuladı.Millət vəkili hesab edir ki, rəsmi Bakı üçün də belə səfərlər, görüşlərin mühüm əhəmiyyəti var:“Bakı son illər çoxvektorlu siyasət yürüdərək həm Qərb, həm də postsovet məkanında əlaqələrini paralel şəkildə inkişaf etdirir. Ukrayna ilə münasibətlərin dərinləşməsi bu balansın daha da gücləndirilməsi deməkdir. Görüşlər zamanı tərəflər bir daha bir-birinin ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə etdilər. Bu, hər iki ölkə üçün prinsipial məsələdir. Ukrayna öz ərazilərinin işğalı ilə mübarizə aparır, Azərbaycan isə yaxın keçmişdə oxşar təcrübədən çıxıb.Bu ortaq mövqe beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanı gücləndirə bilər. BMT, ATƏT və digər platformalarda qarşılıqlı dəstək gələcəkdə daha sistemli xarakter ala bilər. Bundan əlavə, Azərbaycan Ukrayna üçün dialoq və vasitəçilik platforması kimi də çıxış edə bilər ki, bu da Bakının diplomatik rolunu genişləndirir”.İlham Məmmədov bildirib ki, Zelenskinin Rusiya-Ukrayna danışıqları üçün Azərbaycanın evsahibliyini təklif etməsi həm Kiyevin Bakıya olan yüksək etimadı, həm də Azərbaycanın regional və qlobal problemlərin həllində irəli sürdüyü təşəbbüslərin xüsusi əhəmiyyətliliyindən irəli gəlir:“Zelenskinin “Ukrayna üçün olduqca vacibdir ki, yekun nəticədə müharibəyə son qoyulsun. Əlbəttə, biz bu prosesdə vasitəçilik edən tərəfdaşlara minnətdarıq. Biz Azərbaycan Prezidentinə minnətdarıq. Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və həmçinin istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər bu diplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə”, fikirləri qeyd etdiyim kimi Azərbaycana olan etimadın, inamın, eyni zamanda ölkəmizin beynəlxalq platformada söz sahibi olmasının təsdiqidir”.İlham Məmmədov sonda onu da deyib ki, Ukrayna prezidentinin Azərbaycana səfəri Bakı ilə Kiyev arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyacaq və bu səfər qısa və orta müddətli perspektivli əməkdaşlıq imkanlarına yol açacaq.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
newscenter.az

2Источники