RU

Azərbaycan ‒ ədalətli sülh diplomatiyasının yeni ünvanı

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dost və strateji tərəfdaş olan Ukrayna və Azərbaycanarasında əlaqələrin zəngin tarixi mövcuddur. Bumünasibətlər müstəqillik dövründə də inkişaf edərək tamamilə yeni mərhələyə daxil olub. Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə Ukraynaya rəsmi səfəri ilə ölkələrimizarasında bütün sahələrdə əlaqələrin qurulmasında güclü zəmin yaranıb. Daim müsbət dinamika ilə xarakterizə olunan münasibətlər Prezident İlham Əliyevin hakimiyyəti dövründə daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Prezident Volodimir Zelenskinin prezident vəzifəsinəseçildiyi 2019-cu ildə Cənubi Qafqaz regionuna ilk səfəriniməhz Azərbaycandan başlaması ölkəmizin əhəmiyyəti və ona olan hörmətin göstəricisi idi. Eləcə də Prezident İlham Əliyevin 2022-ci il yanvarında Ukraynaya səfəri əlaqələrin yeni tarixi mərhələyə çatmasında mühüm rol oynayıb.Cənab Prezidentin vurğuladığı kimi, onun qeyd olunan səfəri zamanı aparılan fikir mübadiləsi və sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daim yüksək səviyyəyə qaldırıb. 

Prezident Zelenskinin aprelin 25-də Azərbaycana səfəri çərçivəsində vətənimizin gözəl guşələrindən olan QəbələdəPrezident Əliyevlə keçirdiyi görüş isə ikitərəfli münasibətlərin qarşılıqlı dərin etimada və möhkəm dostluğa əsaslandığınıtəsdiqləməklə, müasir geosiyasi çağırışlar şəraitində strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Son dörd ildə Prezidentlər arasında sayca yeddinci olan bu görüş ölkələrarası əlaqələrin yüksəksəviyyəli olduğunu və qarşılıqlı hörmətin sarsılmazlığına dəlalət edir.

Dövlət başçıları arasında keçirilən təkbətək və geniş tərkibdə görüşdə vurğulandığı kimi, bu səfər vacibməsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradır, enerji, kənd təsərrüfatı, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığa əlavə töhfələr vermək, böyük inkişaf potensialına malik imkanların daha da böyüməsi üçün birgəaddımların atılması baxımından xüsusi əhəmiyyət daşıyır. 

Prezidentlərin mətbuata bəyanatlarında səsləndirilən fikirlər Azərbaycan və Ukraynanın bölgədə yeni siyasi mühitdə möhkəm sabitlik arxitekturasını gücləndirmək, azad və firavan sülh ruhunun bərqərar olması, rifah və inkişafın təmin edilməsi məqsədilə mühüm mesajlar kimi dəyərləndirilə bilər.

Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, əməkdaşlığın çox güclü siyasi təməli var. Ötən illərdə strateji tərəfdaşlığa dair imzalanmış iki sənəd güclü siyasi sazişlər olmaqla, qarşılıqlı olaraq ərazi bütövlüyünü, suverenliyi, sərhədlərin toxunulmazlığını əks etdirir. Eləcə də, Azərbaycan və Ukrayna regional və beynəlxalq təşkilatlarda birgə siyasi iradə nümayiş etdirərək bir-birini daim dəstəkləyirlər. 

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinidəfələrlə bəyan edib və son illər humanitar sahədə öz yardımını bir an olsa belə əsirgəməyib. Müharibədən əziyyət çəkən ukraynalı uşaqlara olan diqqət və qayğı isə Azərbaycan xalqına xas xeyirxahlığın nümunəsi kimiUkrayna Prezidenti və xalqı tərəfindən xüsusi təqdir olunur. 

Ölkə rəhbərləri əməkdaşlığın yeni istiqamətləri ilə bağlı vacib məsələlərə toxunarkən siyasi dialoqdan başqa, energetika və iqtisadi əməkdaşlığın bir çox istiqamətləri üzrə faydalı müzakirələrin aparıldığını xatırlatdılar ki, bu sahədə önəm daşıyan sektorlardan biri də hərbi-texniki sahədir. Bu sahədəki əməkdaşlıq məhsuldar olmaqla yanaşı, perspektivsahələri birgə inkişaf etdirməyə, hərbi sənaye kompleksləri yaratmağa, qarşılıqlı istehsala və ümumilikdə digər sənaye sahələrində əlaqələrin genişlənməsinə möhkəm zəmin yarada bilər.

Azərbaycan və Ukrayna arasında çoxistiqamətli əməkdaşlığın mühüm prioritetlərindən biri iqtisadi-investisiya mübadilələrini artırmaqdır. Tərəflər arasında bu sahədə daha böyük potensial mövcuddur. Xüsusilə də, ikitərəfli ticarəti genişləndirmək üçün yaxşı fürsətlər var vəperspektivdə qarşılıqlı iqtisadi şaxələndirmə ilə sanballıhədəflərə çatmaq mümkündür.

Prezident Zelenskinin mətbuata bəyanatında səsləndirdiyivacib detallardan biri isə regional güc kimi qəbul edilən Azərbaycanın və onun Prezidentinin dünya siyasətindətutduğu yer və tərəfsiz vasitəçi kimi oynaya biləcəyi rol ilə bağlı idi. 

Belə ki, Ukrayna dövlət başçısının artıq beşinci ilə keçən müharibəyə son qoyulması üçün danışıqların məhzAzərbaycanda aparılması istəyi ölkəmizin qlobal sülhün təminatında strateji məkan olduğunu, sülh diplomatiyasında müsbət nəticə yaradacaq etimad ünvanı sayıldığını bir daha nümayiş etdirdi.

Ramid Namazov,

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
50
redaktor.az

10Источники