RU

İranda “Ceyş əl-Ədl” üzvü olmaqda ittiham edilən şəxs edam edilib

Sistan-Bəlucistan əyalətində keçirilən əməliyyat zamanı saxlanılan Amer Rameş “silahlı üsyan”da günahlandırılıb…

İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətində bazar günü Amer Rameş adlı şəxs edam edilib. O, “silahlı üsyan” törətməkdə və “Ceyş əl-Ədl” qruplaşmasının üzvü olmaqda ittiham olunurdu.

Poliqon xəbər verir ki, bu barədə Mizan News Agentliyi məlumat yayıb.

Məlumata görə, Rameş daha əvvəl Çabahar şəhərində həyata keçirilmiş “antiterror əməliyyatı” çərçivəsində saxlanılıb. İran hakimiyyəti onun ölkənin təhlükəsizliyinə qarşı fəaliyyətlərdə iştirak etdiyini iddia edib.

“Ceyş əl-Ədl” qruplaşması 2012-ci ildən fəaliyyət göstərən sünni silahlı təşkilat kimi tanınır. Qrup əsasən İranın Sistan-Bəlucistan bölgəsində və Pakistan ərazisində aktivdir. Onlar bəluç əhalisinin hüquqlarını müdafiə etdiklərini bəyan edir və İran hökumətinə qarşı mübarizə apardıqlarını bildirirlər.

Rəsmi Tehran isə bu qruplaşmanı terror təşkilatı kimi qiymətləndirir və onun fəaliyyətini ölkənin milli təhlükəsizliyinə ciddi təhdid hesab edir.

Poliqon.info

Избранный
41
poliqon.info

1Источники