Trampın tədbirində atəş açan şəxs SAXLANILDI- FOTO
Ajans.azxəbər verir ki, onun saxlanılması görüntülərini ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində paylaşıb. Görüntülərdə şübhəlinin əlləri arxasına qandallanmış vəziyyətdə yerdə uzanan kişi görünür. Məlumata görə, şübhəli Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı müəllim Koul Tomas Allendir. O, həbs olunub. Qeyd edək ki,ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı hotellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib.