ARB TV-nin məşhur aparıcısı Zaur Kamal yenidən efirə qayıdır.
Bizim.Media xəbər verir ki, o, mayın 4-dən etibarən ARB TV-də yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Verilişin adı hələlik açıqlanmayıb.
Teleaparıcının “Həmin Zaur” layihəsi yeni adla efirə qayıdacaq.
Bu barədə Zaur Kamal faktı təsdiqləyib: “İnşallah, mayın 4-də efirə qayıdırıq. Proqram ARB TV-də yayımlanacaq.”
Qeyd edək ki, martın 18-dən etibarən “Həmin Zaur” və “Səni axtarıram” verilişləri dayandırılaraq efirdən qaldırılıb. (Manset.az)
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта