RU

Tramp rəsmi şam yeməyindən təxliyə olundu: Oteldə atəş açan şəxs saxlanıldı VİDEO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp rəsmi şam yeməyi zamanı zalda eşidilən səs-küydən sonra təcili şəkildə təxliyə edilib.

Bizim.Media xəbər verir ki, hadisə Ağ Ev müxbirləri assosiasiyasının Vaşinqtondakı “Hilton” otelində keçirilən şam yeməyi zamanı baş verib.

Məlumata görə, tədbir zamanı zalda bir neçə atəş səsinə bənzər gurultu eşidilib. Bundan dərhal sonra mərasim dayandırılıb, Tramp isə ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən təhlükəsiz yerə aparılıb.

Tədbirdə iştirak edən şəxslərdən də zalı tərk etmələri istənilib. İlkin məlumatlarda silahlı şəxsin zərərsizləşdirildiyi bildirilsə də, sonradan onun saxlanıldığı açıqlanıb.

Ağ Ev ABŞ Məxfi Xidmətinə istinadən bildirib ki, hadisəni törədən şəxs nəzarətə götürülüb. Prezident Trampın xəsarət almadığı qeyd olunur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
67
50
bizim.media

10Источники