Kolumbiyanın cənub-qərbindəki Kauka departamentində ağır terror aktı törədilib.
Publika.az xəbər verir ki, bu barədə departament qubernatoru Oktavio Qusmanın "X" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, partlayış ölkənin əsas nəqliyyat arteriyalarından biri olan Panamerika şosesində baş verib.
İlkin məlumatlara əsasən, silahlılar sərnişin avtobusuna partlayıcı maddə ilə dolu silindr atıblar. Hadisə nəticəsində 7 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.
Qubernator qeyd edib ki, güclü partlayış dalğası ətrafdakı digər nəqliyyat vasitələrinə də ciddi ziyan vurub və yolda dərin çuxur yaradıb.