RU

İran Silahlı Qüvvələri ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq ETDİ

İran Silahlı Qüvvələrinin hərbi əməliyyatlar aparan bölməsi olan Mərkəzi Qərargahı (“Xatəm əl-Ənbiya” - hava hücumundan müdafiə qüvvələrinin qərargahı) ABŞ-yə Hörmüz boğazındakı dəniz blokadası ilə bağlı sərt xəbərdarlıqlar edib.

Redaktor.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Mərkəzi Qərargahın məlumatında deyilir: “Əgər təcavüzkar Amerika ordusu bölgədə mühasirəni və piratçılığı davam etdirərsə, onlar güclü İran Silahlı Qüvvələrinin cavab zərbələri ilə qarşılaşacaqlarına əmin olmalıdırlar. İran Silahlı Qüvvələri ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əvvəlki dövrlərə nisbətən daha güclü və daha hazırlıqlıdır”.

Digər tərəfdən, məlumatda İran Silahlı Qüvvələrinin bölgədəki bütün "düşmən hərəkətlərini" yaxından izlədiyi vurğulanıb və Hörmüz boğazını nəzarətdə saxlamaq və İrana qarşı hər hansı potensial yeni hücuma sərt cavab vermək əzmi bir daha qeyd edilib.

Избранный
47
3
redaktor.az

4Источники