Qazaxıstanda maraqlı xilasetmə əməliyyatı baş tutub.
Musavat.com xəbər verir ki, güclü leysanlardan sonra Mangistau vilayətində bir quzu bataqlıq ərazidə köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları heyvanı xilas etmək üçün helikopterdən istifadə ediblər.
Xüsusi avadanlıqların köməyi ilə quzu ehtiyatla bataqlıqdan çıxarılıb.
Daha sonra xilas edilən heyvan müayinə olunması üçün baytarlara təhvil verilib.
Musavat.com