RU

“Roma” səfərdə “Bolonya”nı məğlub etdi

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 34-cü turunda “Bolonya” doğma azarkeşləri önündə “Roma”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Renato Dall’Ara” stadionunda keçirilən qarşılaşma qonaqların üstünlüyü ilə yekunlaşıb. Görüşü baş hakim Marko Di Bello idarə edib.

Hesabı matçın 7-ci dəqiqəsində “Roma”nın hücumçusu Doniell Malen açıb. Birinci hissənin sonlarına yaxın, 45+1-ci dəqiqədə isə Neyl El-Aynaui Malenin ötürməsindən sonra fərqi artıraraq yekun hesabı müəyyənləşdirib – 0:2.

Bu nəticədən sonra “Bolonya” 34 turdan sonra 48 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. “Roma” isə aktivindəki 61 xalla beşinci yerdə mövqeyini möhkəmləndirib.

Избранный
24
23
90deqiqe.az

10Источники