RU

Xəstəliyi ilə mübarizə aparan tanınmış jurnalist kitab marafonu keçirir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün jurnalist Əvəz Zeynallını ziyarət etdim. Kitab marafonuna mən də qoşuldum, kitabını aldım. Eyni zamanda hal-əhval tutdum, söhbət etmək imkanı da oldu.

Əvəz bəyin müalicəsi və sağalması üçün xeyli vəsait lazımdır.

O, 3-4 günə müalicə üçün Türkiyəyə gedəcək. Xəstə və halsız olmasına baxmayaraq orada oturmaq, saatlarla dayanmaq, hər bir insanla söhbət etmək elə-belə iş deyil.

Əvəz bəyə “Bizimyol.info” nun əməkdaşı olduğumu bildirdim və müsahibə almaq istədiyimi dedim. Məmnuniyyətlə razılaşdı. Onunla müsahibəni sizə təqdim edirik:

-Müalicəniz üçün nə qədər vəsait lazımdır?

- Mən bu barədə bir neçə dəfə status yazmışam. Təxminən ayda 15 min manatdan yuxarı vəsait tələb olunur. Dərman bazarında qiymətlər tez-tez dəyişir və 1-2 ay əvvəl alınan dərmanın qiyməti 1-2 ay sonra tamamilə fərqli ola bilir. Təbii ki, hər şey Türkiyədə dollarla hesablanır. Buna görə də bəzən 13 min, bəzən 15 min, bəzən isə 17 min olur. Məsələn, biz hələ Ankaraya gedəcəyik. Qiymətlər necə olacaq, hələ bilinmir.

- Dövlətə müraciət etmisiniz?

- Bizim dövlət hər şeyi bilir. Həmişə jurnalistlərə, ictimai xadimlərə, tanınmış şəxslərə dövlət qayğı göstərib. Bu, elə bir xəstəlikdir ki, Avropa ölkələrində olduğu kimi hamıya şamil olunmalıdır. Vətəndaş düşünməməlidir: “Allah, mən bu qiymətlərlə nə edəcəyəm?” Amma bu məsələdə kimə ayrıca müraciət edək ki? Hər kəs hər şeyi bilir. Ziyalılar, hüquq müdafiəçiləri və yaxın insanlar, Məlahət xanım da müraciət etmişdi. Bəlkə də belə məsləhətdir. Onu biz bilmirik.

- “Tənqidi mediaya münasibət fərqlidir”,– Məlahət xanım deyir.

- Amma vətəndaş vətəndaşdır. Sizin kimi ictimai xadimə isə tez bir zamanda mütləq kömək lazımdır.

- Hər kəsə olmalıdır...

Azərbaycanda 500 min civarında xərçəngdən əziyyət çəkən insan var.

-Getdikcə də çoxalır.

- Getdikcə də çoxalır. Hər evdə xərçəng var, şəkər var, ürək-damar xəstəliyindən əziyyət çəkən insanlar var. Bunların hamısı Avropa ölkələrində olduğu kimi tamamilə pulsuz olmalıdır. Dövlət ayrı-ayrı vətəndaşa dəstək göstərir. Bizdə vəziyyət belədir. Biz onu görmürük, şahidi olmuruq. Dostlar sağ olsun, millətimiz sağ olsun.

- Sizi çox sevirik. Tezliklə sağlamlığınıza qovuşasınız.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
84
9
bizimyol.info

10Источники