RU

Berdiyevlə yola getməyən bahalı hücumçudan GÖZLƏNİLMƏZ QƏRAR!

Ötən ilin yayında «Turan»la iki illik müqavilə bağlamış İbrahima Vadji gözlənilməz qərar verib.

Seneqallı hücumçu mayın sonunda Azərbaycandan ayrılmaq fikrinə düşüb.

31 yaşlı afrikalı bu barədə klub rəhbərliyinə öz niyyətini bildirib. O, Kurban Berdiyevin oyun modelini özünə uyğun görmədiyini, ab-havanın cansıxıcı olduğunu söyləyib.

Vadji anlaşmanı qarşılıqlı razılıq əsasında pozmağı təklif edib. Hətta «Turan»ın Konfrans Liqasında iştirak perspektivi də adıçəkilən forvardı getmək düşüncəsindən daşındırmır.

Vadji bura Fransadan - «Sent-Etyen»dən gəlib. Liqa 2 təmsilçisində iki mövsüm keçirən ön xətt oyunçusu daha öncə «Qarabağ»ın uğurları üçün tər töküb.

«Köhlən atlar»ı onu 1,6 milyon avro qarşılığında fransızlara satıb. Seneqallı aldığı zədələr üzündən «Sent-Etyen»də ümidləri tam doğrultmayıb.

Ayağından aldığı xəsarələrin «Turan Tovuz»da da tez-tez ona problemlər yaratmasını deyə bilərik. «Qarabağ»dakı məhsuldarlığını təkrarlamağı bacarmayan Vadji Berdiyevlə münasibətlərində də zaman-zaman gərginlik yaşayıb.

Komandadada təkdənbir oyunçulardan biridir ki, baş məşqçi onunla hesablaşmağa məcbur edib. Bəzən əsas heyətdə yer almasını tələb eləyib, bəzən taktiki sxemə qarşı çıxıb.

SPORTİNFO.AZ

Избранный
14
sportinfo.az

1Источники