BAKI, 25 aprel. TELEQRAF
İran hələlik ABŞ-nin münaqişələrin diplomatik həllinə hazır olduğuna əmin deyil.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki paylaşımında qeyd edib.
"ABŞ-nin diplomatiyaya doğru irəliləməyə nə dərəcədə hazır olduğunu görmək istəyirik" - nazir bildirib.
Əraqçi İslamabada son səfərini məhsuldar adlandırıb və Pakistan tərəfi ilə İrana qarşı təcavüzə daimi son qoymaq üçün şərtləri müzakirə etdiyini qeyd edib.