İngiltərə Premyer Liqasının 34-cü turunda “Vest Hem” “Everton”u qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Birinci hissədə qapılara qol vurulmayıb. 51-ci dəqiqədə “Vest Hem” hesabı açıb – Tomas Souçek fərqlənib, məhsuldar ötürmə Jarrod Bouendən gəlib.
“Everton” 88-ci dəqiqədə Kiernan Dewsbury-Hall vasitəsilə tarazlığı bərpa edib. Qola ötürmə Ceyms Tarkovskidən gəlib.
Lakin əlavə vaxtda Kallum Uilson “Vest Hem”ə qələbə qazandıran qolu vurub.
Bu nəticədən sonra “Vest Hem” 36 xalla turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. “Everton” isə 47 xalla 11-ci sıradadır.