İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, "Tottenhem" səfərdə "Vulverhempton"un qonağı olub.
Qarşılaşma London təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Tottenhem" 2026-cı ildə ilk qələbəsini qazanıb.
25 aprel
"Vulverhempton" - "Tottenhem" - 0:1
Qol: J.Palinya, 82
Qeyd edək ki, bu vacib qələbəyə baxmayaraq paralel keçirilən matçda "Vest Hem"in "Everton"u məğlub etməsi səbəbindən "Tottenhem" turnir cədvəlində hələ də aşağı liqaya düşmə zonasında qalmaqda davam edir.